İlham Əliyev qaçış çempionu Ramil Quliyevi təbrik etdi

İlham Əliyev qaçış çempionu Ramil Quliyevi təbrik etdi

11-08-2017 17:24 / Bu xəbər 1212 dəfə oxundu

"Qələbən Azərbaycan-Türkiyə dostluğu və qardaşlığının növbəti təzahürüdür”

Prezident İlham Əliyev Ramil Quliyevi yüngül atletika üzrə dünya çempionu olması münasibəti ilə təbrik edib.

AzərTac yazır ki, president R.Quliyevlə fəxr etdiyini bildirib.

Təbrikdə belə deyilir:

"Əziz Ramil,

İlk növbədə səni yüngül atletika üzrə dünya çempionu adını qazanmağın münasibətilə səmimi qəlbdən təbrik edirəm. Tarixdə ilk dəfə olaraq azərbaycanlı idmançı yüngül atletika üzrə dünya çempionu olub. Xüsusilə sevindirici haldır ki, sən qələbədən sonra Azərbaycan və Türkiyə bayraqlarını qaldırdın. Bu, onu göstərir ki, sən öz xalqına bağlı, vətənpərvər insansan. Bu gün Türkiyəni təmsil edirsən. Ancaq idmanda ilk addımlarını Azərbaycanda atmısan.

Bu qələbə münasibətilə Türkiyəni də təbrik edirəm. Sənin qələbən, eyni zamanda, Azərbaycan-Türkiyə dostluğu və qardaşlığının növbəti təzahürüdür. Biz Azərbaycanda səninlə fəxr edirik. Sənə idmanda yeni qələbələr arzulayıram”.