İlham Əliyev: "Rusiyadan ən müasir silahlar alacağıq"

İlham Əliyev:

19-01-2017 16:29 / Bu xəbər 1359 dəfə oxundu

"Bakı Moskvayla müdafiə xarakterli müasir hərbi sistemlərin çatdırılması haqqında danışıqlar aparır".
 
BAKU.WS-in məlumatına görə, bunu prezident İlham Əliyev Beynəlxalq İqtisadi Forumuda iştirak üçün getdiyi Davosda RİA xəbər agentliyinə bildirib.

"Bəli, biz yeni satın almalar üzrə danışıqlar aparırıq. Sizə yaxşı məlumdur ki, Rusiya hərbi sənayesi nə qədər inkişaf edib. Biz ən müasir müdafiə silahlalarının alınmasında maraqlıyıq. Buna helikopterlər, bütün mühafizə sistemləri aiddir. Bu daimi prosesdir", — deyə prezident əlavə edib. 

İlham Əliyev vurğulayıb ki,  Azərbaycanın və Rusiya arasındakı yeni hərbi müqavilələrinin perspektivləri çox müsbətdir: "İki ölkə arasında 5 milyard dollarlıq hərbi müqavilələr imzalanmışdı. Onların artıq böyük bir qismi artıq reallaşdırılıb", — deyə prezident qeyd edib.