İlham Əliyev seçki kampaniyasına belə başladı: “AXC-Müsavat cütlüyü…”

İlham Əliyev seçki kampaniyasına belə başladı: “AXC-Müsavat cütlüyü…”

08-02-2018 17:42 / Bu xəbər 2167 dəfə oxundu

Bu gün YAP-ın qurultayında İlham Əliyevin prezidentliyə namizədliyini rəsmən irəli sürülüb. 

Bundan sonra etdiyi ilk çıxışında İlham Əliyev siyasi opponentlərini sərt tənqid edib.

"AXC-Müsavat cütlüyü ölkəmizi uçuruma aparırdı. Azərbaycanda iqtisadi tənəzzül, sənayenin iflic vəziyyətə düşməsi, siyasi, iqtisadi, ondan sonra da hərbi böhran demək olar ki, müstəqilliyimizi şübhə altına alırdı”

Bunu bu gün ölkə başçısı İlham Əliyev Yeni Azərbaycan Partiyasının (YAP) VI qurultayında çıxışında bildirib.

"O vaxt partiyamızın yaradılması dönüş nöqtəsi idi. Əgər o vaxt bu partiyamız yaradılmasaydı, bilmək olmazdı ölkə hansı istiqamətdə inkişaf edəcəkdi. O vaxt ölkəmizin qarşısında çox ciddi problemlər durmuşdu. Demək olar ki, Azərbaycan, onun gənc müstəqilliyi təhlükə altında idi”, – İ.Əliyev deyib. 

Bastainfo.com