İlhamə Quliyevanın dəfn olunacağı yer bəlli oldu

İlhamə Quliyevanın dəfn olunacağı yer bəlli oldu

25-02-2016 15:30 / Bu xəbər 1038 dəfə oxundu

Xalq artisti İlhamə Quliyeva ilə dəfn mərasimi sabah olacaq. 

Bu barədə aznews.az-a Mədəniyyət və Turizm Nazirliyinin İnformasiya və ictimaiyyətlə əlaqələr şöbəsinin mətbuatla iş sektorunun müdiri İntiqam Hümmətov məlumat verib. Bildirib ki, sabah saat 12:00-dan 14:00-a kimi Xalq artisti ilə vida mərasimi olacaq. Mərasim Rəşid Behbudov adına Azərbaycan Dövlət Mahnı Teatrında keçiriləcək. 

Xalq artisti II Fəxri xiyabanda dəfn olunacaq.

Xatırladaq ki, İ.Quliyeva bu gün səhər saatlarında dünyasını dəyişib.