İlqar Məmmədov AŞPA-nın məruzəçisi ilə görüşüb

İlqar Məmmədov AŞPA-nın məruzəçisi ilə görüşüb

09-09-2019 12:52 / Bu xəbər 143 dəfə oxundu

ReAl Prtiyasının sədri İlqar Məmmədov Avropa Şurası Parlament Assamblyasının (AŞPA) siyasi məhbuslar üzrə məruzəçisi Sunna Torhildur Evarsdottirlə (İslandiya) görüşüb.

Bu barədə İlqar Məmmədov feysbuk hesabında yazıb.

O bildirib ki, görüşdə siyasi məhbuslarla bağlı müzakirə aparılıb: "Xanımqıza söz vermişdim ki, səni Bakıya buraxsılar şam yeməyi məndən. Bu axşam borcumdan çıxdım. AŞPA-nın Azərbaycandakı siyasi məhbuslar üzrə məruzəçisi Thorhildur Sunna Ævarsdóttir ilə geniş söhbət etdik, gələcək hesabatı üçün. Yanvarda təqdim edəcəyi hesabatına qədər bütün siyasi məhbusların azad edilməsi məncə inandırıcı görünmür, amma bu ilin təcrübəsi göstərdi ki, müəyyən irəliləyiş mümkündür və ondan böyüyünə doğru çalışmalıyıq. Siyasi məhbus prinsipi tam təmin olunmalı, Avropa məhkəməsinin qərarları tam icra olunmalıdır və bunun üçün siyasi partiyaların, sivil toplumun və beynəlxalq qurumların sərəncamında olan bütün alətlərin öz yeri var".

Avropa Şurası Parlament Assamblyasının (AŞPA) siyasi məhbuslar üzrə məruzəçisi Sunna Torhildur Evarsdottir sentyabrın 5-də Azərbaycana səfərə gəlib. 

Avropa Şurasının Azərbaycandakı nümayəndəliyinin verdiyi məlumata görə,  məruzəçi səfər çərçivəsində Milli Məclis, Ali Məhkəmə, Ədliyyə Nazirliyi, Baş Prokurorluq və Prezident Administrasiyasında görüşlər keçirib.

Məruzəçi həmçinin hüquq müdafiəçiləri İntiqam Əliyev, Xədicə İsmayıl, Rəsul Cəfərov, bloger Mehman Hüseynov, həbsdən yenicə azad olan jurnalist Seymur Həzi və başqaları ilə də görüşüb.