"İlqar Məmmədov azad edilməlidir" - Aqramunt

24-01-2017 00:40 / Bu xəbər 1432 dəfə oxundu

Yanvarın 23-də yenidən Avropa Şurası Parlament Assambleyasının (AŞPA) prezidenti seçilən Pedro Aqramunt həbsdə olan REAL hərəkatının lideri İlqar Məmmədovun azad olunmasına çağırıb.

AŞPA prezidenti Azərbaycan hakimiyyətinə müraciət edərək Avropa İnsan Hüquqları Məhkəməsinin qərarı olmasına baxmayaraq, İlqar Məmmədovun hələ də həbsdə saxlandığını xatırladıb. 

O, REAL sədrinin məsələsini növbəti dəfə Azərbaycan hakimiyyəti qarşısında qaldıracağını da bəyan edib. 

Aqramunt Qarabağ münaqişəsinin həll olunmadığından, AŞPA-nın bu problemin həllinə yardım edə bilməməsindən təəssüfləndiyini də deyib. 

P. Aqramunt Azərbaycan-Ermənistan cəbhəsində 2016-cı ilin aprel döyüşlərini yada salıb. Baş verənləri təhlükəli hal adlandırıb. 

O, hesab edib ki, durum indi də istənilən vaxt alovlana bilər.

P.Aqramunt son bir ildə Azərbaycanda jurnalistlərin və vətəndaş cəmiyyəti fəallarının həbsdən azad edilməsini alqışlayıb.