İmişli İcra Hakimiyyətindən boş qalan bayraq dirəyi ilə bağlı açıqlama (FOTOLAR)

İmişli İcra Hakimiyyətindən boş qalan bayraq dirəyi ilə bağlı açıqlama (FOTOLAR)

17-01-2020 15:36 / Bu xəbər 1392 dəfə oxundu

Sosial şəbəkələrdə İmiş rayonunda 1 ilə yaxındır boş qalan bayraq dirəyinin fotoları paylaşılıb.

İmişli İcra Hakimiyyətinin Ərazi idarəеtmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri Mirzə Quliyev məsələ ilə bağlı Qaynarinfo-ya açıqlama verib. 

O, bayrağın yeniləmə işləri ilə əlaqədar götürüldüyünü deyib.

"Bayraq köhnə olduğu üçün çıxarılıb. Yeni bayraq almışıq və yaxın 1-2 gündə asılacaq", - deyə o, bildirib.