"İmişlidə şəhid adına küçə bərbad vəziyyətdədir"

14-09-2017 19:46 / Bu xəbər 1188 dəfə oxundu

İmişli şəhəri Natəvan, şəhid R.Cabbarlı küçələrində və ətraf ərazidə yaşayan bir qrup sakin ölkə başçısına müraciət ünvanlayıb.

Sakinlər yollarının və küçələrinin yararsız vəziyyətdən olmasından şikayətçidirlər: "İmişli şəhəri R.Cabbarlı küçəsinin qurtaracağında,"köhnə aeroport” adlanan ərazinin yaxınlığında son dövrlər yeni fərdi yaşayış evlərinin tikintisi kütləvi hal almış, hazırda həmin ərazidə demək olar ki, böyük yaşayış massivi salınıb. Lakin yollarımız və küçələrimiz tamamilə yararsız vəziyyətdədir, yağışlar zamanı gediş gəliş tamamilə məhdudlaşır, xüsusilə məktəblilərin yolla hərəkəti çətinləşir, çala çuxurlardan maşınla hərəkət etmək mümkün olmur".

"Təxminən min metr olan və torpaqlarıızın azadlığı uğrunda gedən döyüşlərdə şəhid olmuş Cabbarlı Rəşad Tahir oğlunun adını daşıyan küçədə hərəkət etmək mümkün deyil. Həmçinin Natavan küçəsinin qurtaracağında yolun birbaşa mühafizə zolağında elektrik transformatoru quraşdırılıb ki, yol tamamilə məhdudlaşdırılıb. Bundan istifadə edən həmin ərazidə sakinlərin bəziləri həyatyanı sahələrini genişləndirərək yolun bir hissəsini zəbt etmişdir ki, bu da yolun xeyli hissəsinin bir tərəfli olmasına səbəb olub. Ümumiyyətlə, Natavan küçəsi və həmin küçəyə bitişik digər küçələr uzun illərdir baxımsızlıqdan tamamilə yararsız vəziyyətdədir, ərazidə yerləşən 8 saylı məktəbin kənarında zibillik həftələrlə təmizlənmir, bəzən zibil tullantıları çoxalıb yolun bir hissəsini tutur", - tia.az-ın yaydığı müraciətdə qeyd olunur. 

Sakinlər ölkə başçısından bu problemin həll olunması üçün dəstək istəyiblər: "Sizdən xahiş edirik ki, qeyd olunan küçələrin təmir olunmasına, zibil tullantılarının vaxtında yığılmasına, yolları məhdudlaşdıran maneəlarin aradan qaldırılmasına, transformatorun yerinin dəyişdirilib daha münasib əraziyə keçirilməsinə müvafiq köməklik göstərəsiniz. İnanır və ümid edirik ki, müraciətdə qeyd olunan məsələlər qısa müddətdə müsbət həllin tapacaq, şəhid adını daşıyan küçədə təmir-bərpa işləri görüləcək, yuxarı instansiyalara fakt və görüntülərlə müraciət etmək etiyacı qalmayacaqdır".

Müraciəti aşağıdakı şəxslər imzalayıblar: 

Hüseynov Rəşad Səftər oğlu
Rzayev Elxan Nəriman oğlu
Kərimov Namiq Rəhim oğlu
Məmmədova Aidə Xalıq qızı
Həmidov Malik Əliqulu oğlu
Babayev Asif Babakişi oğlu
Səfərov Cəbrayıl Əli oğlu
Əmirov Balabəy Fazil oğlu
Əzizov Əziz Səhliyalı oğlu
Baxışov Xalid Zahid oğlu
Məmmədov Məmməd Əslan oğlu
Əlizadə Rəsul Allahyar oğlu
Əliyev Əlikram Köçüb oğlu
Əsədov Əliş Məhəmməd oğlu
Vəliyev Elşən Süleyman oğlu
İsmayılov Ruslan Saleh oğlu
Nəbiyev Kənan Kazım oğlu
Qarayev Elnur Hacıbala oğlu
Gülməmmədov Nicat Yasin oğlu
Mirzəyev Cəsarət Qurbanəli oğlu
Baxışov Ziya Vidadi oğlu
Nəzərov Niyazi Nəcəfxan oğlu".