İnam Kərimovun işçisi pambıqçıların pulunu niyə vermir?

İnam Kərimovun işçisi pambıqçıların pulunu niyə vermir?

20-07-2018 12:13 / Bu xəbər 1529 dəfə oxundu

Beyləqanda 100-dən çox şəxs 8 günlük alaq pullarını ala bilmir 

Bu barədə azfakt.com-a pambıqçılar məlumat veriblər.

Məlumatda vurğulanır ki, Kənd Təsərrüfat İstehsalat Müəsissəsinin direktoru Çərkəz Şirinov və baş aqranomu Mehman Həsənov pambıq alağı etmiş vətəndaşların halal pullarını vermirlər: "Çərkəz Şirinovla Mehman Həsənov vətəndaşların alaq pullarını mənimsəmiş və indi də müxtəlif bəhanələr gətirməklə vəziyyətdən çıxmaq istəyir". 

Ötən gün alaq pullarını ala bilməyən bir qrup sakin Beyləqan Kənd Təsərrüfatı İdarəsinin qarşısına toplaşaraq narazılıqlarını bildiriblər. Məhz bundan sonra vətəndaşların 2 günlük alaq pulları verilib. 

Rayon sakinləri qeyd edirlər ki, onların alaq pulları Beyləqan pambıq zavodu təərfindən Kənd Təsərrüfat İstehsalat Müəsissəsinə köçürülüb. Ancaq direktor Çərkəz Şirinovla baş aqranom Mehman Həsənov həmin vəsaitləri hansısa işləri üçün xərcləyiblər. 

Məlumatda Beyləqan Kənd Təsərrüfat İstehsalat Müəsissəsinin 600 ha pambıq əkdiyi bildirilir. Əkilən pambıq sahəsinin 200 ha yaxını yaxşı qulluq edilmədiyindən və mal-qaranın otlaq yerinə döndüyündən inkşaf etməyərək məhv olduğu deyilir.

Sakinlər Kənd Təsərrüfatı Naziri İnam Kərimova müraciət edərək Beyləqan Kənd Təsərrüfat İstehsalat Müəsissəsinin əkdiyi pambıq sahələrini yoxlatdırmasını xahiş edirlər.