İngiltərədə azərbaycanlı oliqarxın 22 milyonluq əmlakı müsadirə edildi

İngiltərədə azərbaycanlı oliqarxın 22 milyonluq əmlakı müsadirə edildi

06-10-2018 23:31 / Bu xəbər 518 dəfə oxundu

London məhkəməsi sabiq bankir Cahangir Hacıyevin Londonda 22 milyon funta aldığı əmlakı müsadirə etdi

Britaniya Cinayət Agentliyi Azərbaycan Beynəlxalq Bankının sabiq prezidenti Cahangir Hazıyevin həyat yoldaşının adına, Londonda alınana villa üçün ödənilən 22 milyon funtun mənşəyi barədə məlumatların təqdim edilməsini istəyib. Əks təqdirdə, villanın müsadirə ediləcəyini rəsmən bildirib. 

Bundan sonra Cahangir Hacıyein həyat yoldaşı Z. Hacıyeva məhkəməyə müraciət edərək tələbin qanunsuz olduğunu sübut etmək istəyib. Dünən başa çatan prosesdə hakimlər qərara gəliblər ki, sabiq bankir şəxsi bankın deyil, dövlət bankının prezidenti olduğu üçün onun özünə aid olan bu qədər pulun mənşəyini təmiz bizneslə izah etmək mümkün deyil. 

Cavabdeh tərəf də bu pulların təmiz kommersiya yolu ilə qazanıldığını sübut edə bilməyib. Buna görə də məhkəmə Cahangir Hacıyevin həyat yoldaşının adına olan villanın müsadirə edilməsi ilə bağlı qərar çıxarıb.

Azadlığa o da məlum olub ki, bu, İngiltərədə çirkli pullarla əldə edilmiş mülklər üzərində qurulan məhkəmə proseslərinin "pioner"lərindəndir. Britaniya Cinayət Agentliyi hesab edir ki, indi Londonda çirkli pullarla əldə edilmiş mülklərin ümumi dəyəri 4 milyard funt - sterlinqdən artıqdır və bu mülklərinn arasında Azərbaycan prezidentinin ailə üzvlərinə aid olan villalar da vardır.

Azadiq.info