İqtisadçı: “Əsas məqsədlərdən biri gəlirlərin bir əldə cəmləşməsidir”

İqtisadçı: “Əsas məqsədlərdən biri gəlirlərin bir əldə cəmləşməsidir”

25-10-2019 17:59 / Bu xəbər 975 dəfə oxundu

Prezident İlham Əliyevin oktyabrın 23-də imzaladığı sərəncamlarla  Vergilər Nazirliyini və iki komitəni İqtisadiyyat Nazirliyinə birləşdirib.

Qurumların birləşdirilməsinin iqtisadi əhəmiyyətini şərh edən iqtisadçı Toğrul Maşallı Toplum TV-yə deyib ki, məsələnin əsas əhəmiyyəti dövlət qurumlarının idarəçiliyinin asanlaşdırılmasıdır: "Çünki birləşdirilən qurumlar - İqtisadiyyat Nazirliyi iqtisadi siyasətə, Vergilər Nazirliyi vergi siyasətinə daxildir. Bizdə də iqtisadi siyasətlə  vergi siyasəti bir-birilə uzlaşmırdı. Yəni İqtisadiyyat Nazirliyi bu fəaliyyətin dərəcə inkişafını müyyən edirdi, ancaq Vergilər Nazirliyi isə özü müəyyənləşdirirdi. Fikrimcə, bu nazirliklərin birləşdirilməsinin əsas  məqsədi bu siyasətlərin uzlaşmasıdır. Həmçinin əsas məqsədlərdən biri gəlirlərin bir əldə cəmləşməsidir". 

"Təəssüflər olsun ki, bu istiqamətdə hələ də Maliyyə Nazirliyi tərəfindən islahatlar həyata keçirilmir. Hökumət bu dəfə başqa istiqamətdən getdi. Əmlak məsələləri  üzrə Dövlət Komitəsi də gəlir gətirən bir qurum idi. Onu da İqtisadiyyat Nazirliyinə birləşdirərək,  həm gəliri bir əldə toplayacaq, həm də idarəetməni asanlaşdıracaqlar. Eyni zamanda bu gəlirlərin müəyyən edilməsi tənzimlənməsi iqtisadi siyasətlə uzalaşdırılacaq”, - o bildirib. 

Toplum.tv