İran sərhədə tanklar göndərdi

İran sərhədə tanklar göndərdi

03-10-2017 12:27 / Bu xəbər 1831 dəfə oxundu

Oktyabrın 2-də İran onlarla tankdan ibarət artilleriyasını İraqın Kürd bölgəsi ilə sərhədinə yerləşdirib.

Toplum.Tv xəbər verir ki, bu barədə "Reuters” məlumat yayıb.

Kürd Regional Hökumətinin rəsmisi "Reuters”-ə Tankların İraqın kürd sərhədlərindən aydın göründüyünü deyib və  bu hərəkətin İraq Kürdüstanının müstəqillik səsverməsindən sonra "təhlükəli gərginlik" yarada biləcəyini söyləyib.

25 sentyabr 2017-ci ildə İraq kürdləri "Kürdüstan ərazisi və Kürdüstan ərazisi xaricində qalan kürd yerləşimlərinin müstəqil bir dövlət olmasını istəyirsinizmi?" sualı ilə referendum keçirib. İraq hökuməti referendumu zamansız və qanunsuz hesab edir. İraq Konstitusiyası federal bölgələrdə ancaq müəyyən şərtlər altında referendum keçirilməsinə icazə verir. 

Tehrandakı dövlət mediasının yazdığına görə, Pərviz Xan sərhəd nöqtəsindəki yerləşdirmə, referenduma cavab olaraq İran və İraq silahlı qüvvələri tərəfindən aparılan ortaq hərbi təlimlərin bir hissəsidir.

İranın "Mehr” xəbər agentliyi, təlimlərin ötən bazar günündən etibarən başladığını söyləyib.