İranda zəlzələ: 76 nəfər yaralanıb

İranda zəlzələ: 76 nəfər yaralanıb

03-05-2018 08:54 / Bu xəbər 2916 dəfə oxundu

İranın cənub-qərbindəki Sisaxt şəhərində mayın 2-də səhər baş vermiş zəlzələdə azı 76 nəfər xəsarət alıb, elektrik və kommunikasiya xətlərinə, binalara ziyan dəyib. 

Bu haqda dövlət mediası xəbər yayıb.

Zəlzələnin gücü 5,3 bal olub. Adamlar dağılan binaların altında qalmamaq üçün küçələrə qaçıb.

Dövlət mediası xəbər verir ki, 10 min nəfər sakini olan şəhərdə mülkiyyətə böyük ziyan dəyib. Sisaxt Şiraz şəhərindən 160 kilometr şimal-qərbdə yerləşir.

İranda tez-tez zəlzələ baş verir.

Ötən noyabrda İraqla sərhəddə yerləşən Kirmanşah vilayətində zəlzələdən azı 620 nəfər həlak olmuş, minlərlə adam xəsarət almışdı.///azadliq.org