İranın sabiq vitse-prezidenti edama məhkum edilib

İranın sabiq vitse-prezidenti edama məhkum edilib

30-07-2019 18:48 / Bu xəbər 1045 dəfə oxundu

Tehranın sabiq meri, İranın sabiq vitse-prezidenti Məhəmməd Əli Nəcəfi həyat yoldaşını qətlə yetirdiyinə görə edama məhkum edilib.

Bu barədə "Report.az”-a İranın Ədliyyə Nazirliyinin sözçüsü Qulam Hüseyn İsmaili bildirib.

Məhəmməd Əli Nəcəfinin həyat yoldaşı may ayının sonunda Tehranın dəbdəbəli məhəlləsindəki evində güllələnmişdi. Hadisədən sonra könüllü təslim olan keçmiş mer törətdiyi əməli etiraf edərək səbəb kimi ailə məsələlərini göstərib.

2017-ci ilin avqustundan 2018-ci ilin aprel ayınadək Tehranın meri vəzifəsində çalışmış 67 yaşlı Məhəmməd Əli Nəcəfi bununla yanaşı, təhsil naziri (1989-1997), ali təhsil naziri (1981-1984) də işləyib. 80-ci illərdə Şərif Texnologiya Universitetinin riyaziyyat üzrə professoru olub.