İsa Qəmbər Yasəmən Qaraqoyunluya cavab verdi

İsa Qəmbər Yasəmən Qaraqoyunluya cavab verdi

29-07-2017 02:17 / Bu xəbər 6026 dəfə oxundu

İsa Qəmbər: "Azərbaycanımızı xalqımızın, ilk növbədə aydınlarımızın Müsavat sevgisi xilas edəcək!”

Cəsarətli fikirləri ilə ədalətsizliyə meydan oxuyan AMEA işçisi Yasəmən Qaraqoyunlu dünən öz "Facebook” səhifəsində MSDM sədri İsa Qəmbərlə tanışlığından sosial şəbəkədə iki illik dostluğundan yazıb.

Bu jesti yüksək qiymətləndirən Müsavat Partiyasının prezidentliyə namizədi İsa Qəmbər Yasəmən Qaraqoyunlu barədə bu sözləri yazıb.

"Dəyərli ziyalımız Yasəmən xanım bizim fb dostluğumuzun 2 illiyini qeyd edib və Müsavat dəyərlərinə sevgi və sayğısını bir daha bəyan edib. Sağ olsun, var olsun!

Azərbaycanımızı xalqımızın, ilk növbədə aydınlarımızın Müsavat sevgisi xilas edəcək!”, – İsa Qəmbər yazıb

Yasəmən Qaraqoyunlu isə İsa Qəmbər barədə bu sözləri yazıb: "İlk öncə mübarizə meydanında, siyasət meydanında, sonra isə Facebookda ən yaxşı dostum İsa Qəmbər. Görüşlərimizin birində çox içdənliklə, bütün ruhu ilə”Mən Azərbaycan insanlarını xoşbəxt etmək istəyirəm” söyləmişdi mənə. İnsanları xoşbəxt etmək idealı Allaha məxsusdu, Allahın missiyasıdır. (Allah buna nə qədər nail olub bilmirəm). Bu böyük missiyanı dövlət siyasətində tətbiq etmək üçün, tarixi, sosial, kültürəl, iqtisadi, siyasi, mənəvi-hüquqi dəyərlərin çulğalaşmasını içərən bir proqrama malik olmalıdır siyasətçi…Və bu proqram var. H.Zərdabidən başlanan aydınlanma hərəkatının ürətdiyi, M.Ə.Rəsulzadənin konsepsiyalaşdırdığı Müsavatçılıq məhz İnsan xoşbəxtliyinə aparan bir proqramdır, irsdir. Nə mutlu sizə ki, böyük hədəfiniz var, proqramınız var. Nə mutlu sizə ki, istiqlal hərəkatımızın liderlərindən biri kimi bu gün də bizimlə çiyin-çiyinə önümüzdə gedərək tarix yaradırsınız. Dostluğunuzla mənə də, dostlarıma da şərəf verirsiniz".///bastainfo.com