İşdən çıxarılmış icra başçısı xəstəxanaya yerləşdirildi

İşdən çıxarılmış icra başçısı xəstəxanaya yerləşdirildi

29-10-2018 16:39 / Bu xəbər 1294 dəfə oxundu

Onun xarici ölkələrdən birində müalicə aldığı bildirilir

Bir müddət öncə prezident İlham Əliyevin sərəncamı ilə vəzifəsindən azad edilən Beyləqanın sabiq icra başçısı, professor Vaqif Abdullayevin səhhətində problem yaranıb.
 
Bu barədə unikal.org məlumat yayıb.
 
Məlumata görə, Vaqif Abdullayev səhhəti ilə bağlı müalicə alır. Onun xarici ölkələrdən birində müalicə aldığı bildirilir.

Məsələ ilə bağlı açıqlama verən Beyləqanın sabiq icra başçısı səhhətində problem olduğunu təsdiqləyib.
 
O, bu barədə ətraflı məlumat verə bilməyəcəyini və hazırda kənarda olduğunu deyib.