İsgəndər Həmidov vəfat etdi

İsgəndər Həmidov vəfat etdi

26-02-2020 13:40 / Bu xəbər 325 dəfə oxundu

Keçmiş nazir 22 gün dərin komada qalıb

Azərbaycanın sabiq Daxili işlər naziri İsgəndər Həmidov fevralın 26-da vəfat edib.

Sabiq nazirin ölümü haqqında məlumatı Meydan TV-yə professor Adil Qeybulla verib.

Adil Qeybulla deyib ki, İsgəndər Həmidov fevralın 4-dən dərin komada idi: "O, insult keçirmişdi”.

İsgəndər Həmidov 1948-ci ildə Kəlbəcər rayonunda anadan olub. 1965-ci ildə Tərtərdə orta məktəbi bitirib.

O, 1992-1993-cü illərdə Azərbaycanın Daxili işlər naziri olub.

Sabiq nazir 1995-ci ildə 14 il azadlıqdan məhrum edilib. 

Ona qarşı 1992-ci ilin avqust-oktyabr aylarında 701 nəfər məhbusun həbsdən azad etmək, "İstiqlal" qəzetinin redaktoru Zərdüşt Əlizadəni döymək, 400 min ABŞ dollarını mənimsəmək və israf etmək ittihamları irəli sürülmüşdü. 2003-cü ilin dekabrında əfv fərmanı ilə azadlığa buraxılıb.