İslamla xristianlığı "birləşdirən və ayıran daşlar..." - FOTOLAR

İslamla xristianlığı

21-05-2017 20:11 / Bu xəbər 1503 dəfə oxundu

Lissabonda küçələri gəzərkən gözə ilk sataşan, diqqət çəkən binaların, küçələrdəki hasarların, bəzən də tikililərin içərisində olan, göz oxşayan keramik piltələr olur. 

İlk baxışdan heç ağıla da gəlməz ki, bu plitələr xristian-islam mədəniyyətinin sibmiozundan yaranıb.

Portuqaliyada bu plitələr "azulejo" adlanır. İspanca "asulexos", portuqalca "azueju" kimi səsləndirilir.

Mənşəyi ərəbcə olan "al-zulayıj"(الزليج‎‎) sözünün tərcüməsi isə "keramik plitə" deməkdir. 

Tarixi baxımdan simvolik məna daşıyan bu plitələrin hazırlanması ərəblərin Priney yarmadasını işğal etməsindən sonraya təsüdüf edir. Ərəblər isə ilk dəfə olaraq Pireney yarımadasına 711-ci ildə Tariq bin Ziyadın başçılığı altında gəliblər. Onların İspaniyadakı ağalığı isə 781-ci ilə qədər davam edib. 
Картинки по запросу rekonkista
Ərəblərə qarşı müqavimət isə əsasən  VIII əsrin əvvəllərində başlayıb. Yəni rekonkista hərəkatının ilk dövrü 718 - 1085-ci illəri, ikinci dövrü isə 1085 - 1238-ci illəri əhatə edir.

"Azulejo" isə rekonkistadan hərəkatından əvvəl, yəni ərəblərin Priney yarımadasını istila etməsindən sonra ilk olaraq, İspaniyada, daha sonra isə Portuqaliyada geniş yayılmağa başlayıb.

"Azulejo" isə əsasən rekonksta dövründə və ondan sonra sivmolik memarlıq abidəsinə çevrilib. 

Bunun da səbəbi sadədir: İslama görə "atropomorf"( insan simasının əks edilməsi) şəkillərin həkk edilməsi dinə zidd sayılır. Ona görə də məhz Rekonkista hərəkatı zamanı və sonra artıq portuqallar bu qəbildən olan şəkilləri də "azuleju" üzərinə həkk etməyə başladılar.

"Azulejo"nun məhşurluğunun pikk həddi isə 1690-1750 ci illər arası olub. Günümüzdə "azulejo"lara hətta restoran, evlərin interyerində də rast gəlmək olur. 

Deyilənlərə görə, o təkcə bəzək xarakteri daşımır, eyni zamanda da, tepmraturu tənzimləmək üçün istifadə edilir. Yəqin ki, çoxları Portuqaliyanın paytaxtı olan Lissabonun istilik sisteminə malik olmadığından xəbərsizdir. Mülayim hava şəraitinin hökm sürdüyü şəhərdə, qış aylarında evin içi, çölündən daha soyuq olur.

Bu gün "azulejo" satışı qara bazarda da geniş yayılıb. Hətta yerə düşüb, parçalanan "azulejo"nun bir hissəsi belə qara bazarda bir neçə min avroya bərabərdir. Məhz buna görə, bu ölkədə "azueljo" oğrularına da rast gəlmək mümkündür...

Şəhərdə çoxlu suvenir mağazaları ilə yanaşı, Azulejo müzeyi də faəliyyət göstərir. Bu daş plitələr ərəblərlə Priney yarmadasına daxil olsa da, sonralar yalnız onları yaddaşında saxlayan rəngli kitabələrə çevrildilər. 

Əslində, yaddaşlarda "Azulejo" Priney yarmadasında İslamla xristianlığı birləşdirən tarixi və ayıran daş səddi, hasarı xatırladır... 

Vəfa Şah
Portuqaliya - Lissabon 
Toplum.Tv