''İşıq məhbusları''na hökm oxunub

''İşıq məhbusları''na hökm oxunub

19-08-2017 14:11 / Bu xəbər 1270 dəfə oxundu

Məcburi köçkünlərdən üçü şərti azadlığa buraxılıb

Biləsuvar elektrik enerjisinin kəsilməsi ilə bağlı keçirilən etiraz aksiyasında həbs olunan məcburi köçkünlərin məhkəmə prosesi yekunlaşıb.

Avqustun 14-də İmişli rayon Məhkəməsinin hakimi Təranə Hüseynova təqsirləndirilən 5 nəfərdən 3-ünü şərti olaraq azadlığa buraxıb.

Vəkil Elçin Sadıqovun verdiyi məlumata görə, təqsirləndirilən şəxslərdən Gülağa Alməmmədov, İlkin İsgəndərov və Cəlal Quliyev şərti olaraq azadlığa buraxılıblar.

Ülvi Quliyevlə Zaur Feyruzlu isə 1 il 6 ay müddətinə azadlıqdan məhrum ediliblər.

"Hələlik hökm bizə verilməyib. Sənədi aldıqdan sonra apelyasiya şikayəti verib-verməyəcəyimizi müzakirə edəcəyik” – deyə vəkil bildirib.

Hadisə 2016-cı il dekabrın 22-də baş verib. Biləsuvarda məskunlaşan əsasən Cəbrayıl rayonundan olan məcburi köçkünlər elektrik enerjisinin fasilələrlə verilməsinə etiraz olaraq aksiya keçiriblər. Əraziyə polis qüvvələri cəlb olunub. Vətəndaşlarla polis arasında qarşıdurma baş verdiyi bildirilir.

Rəsmi məlumata görə, toqquşmada bir polis gözündən xəsarət alıb.

Aksiyadan sonra həmin qəsəbələrə qaz çəkilib.