İstanbulda terror - 38 yaralı

İstanbulda terror - 38 yaralı

11-12-2016 01:51 / Bu xəbər 1882 dəfə oxundu

İstanbulda futbol stadionu yaxınlığında törədilən partlayış nəticəsində yaralananların sayı 38 nəfərə çatıb. 

APA-nın xəbərinə görə, bu barədə NTV telekanalı məlumat yayıb.
 
"Al Jazeera Turk” telekanalı partlayış nəticəsində azı 15 nəfərin öldüyünü iddia edir. Rəsmi qurumlar partlayış nəticəsində ölənlərin olduğunu təsdiqləmir. 
 
 
***
00.07
 
İstanbulun  Beşiktaş rayonunda partlayış baş verib. APA-nın Türkiyə mətbuatına istinadən verdiyi xəbərə görə, hadisə Maçka parkı yaxınlığında, "Vodafon Arena” stadionunun çıxışı  yaxınlığında  baş verib.  
 
Türkiyə DİN rəhbəri Süleyman Soylu açıqlamasında partlayış nəticəsində 20 nəfərin yaralandığını bildirib. Onun sözlərinə görə, partlayış çevik polis bölməsinin qarşısında törədilib. Yaralananların hamısı polis əməkdaşıdır. 
 
Partlayışdan sonra ərazidə yanğın baş verib. Hadisə yerinə cəlb edilmiş yanğınsöndürənlər alovun söndürülməsi istiqamətində tədbirlər görür.  
 
Hadisə şahidləri iki partlayışın baş verdiyini bildirir.  
 
Hadisənin terror aktı olduğu istisna olunmur.  İlkin məlumata əsasən, minalanmış avtomobil partladılıb. Bəzi məlumatlarda partlayışlardan sonra atəş səslərinin eşidildiyi bildirilir.
 
Partlayışın "Beşiktaş-Bursaspor” matçından sonra, azarkeşlərin stadionu tərk etdikdən sonra baş verdiyi qeyd edilir. 
 
Hazırda RTÜK (dövlət teleradio komitəsi) tərəfindən insidentlə bağlı məlumatların yayımına qadağa qoyulub.