İstiqlalçı deputat dəfn edilib

İstiqlalçı deputat dəfn edilib

30-07-2018 18:45 / Bu xəbər 1864 dəfə oxundu

Məryəm Həsənova Siyəzəndə yataqxanada yaşayırdı

1990-1995-ci illərdə Azərbaycan parlamentinin üzvü olmuş, istiqlalçı millət vəkili Məryəm Həsənova iyulun 29-da vəfat edib.

İyulun 30-da Təzəpir məscidində vida mərasimi keçirilib və bundan sonra sabiq millət vəkili Siyəzən rayonuna aparılaraq, dəfn olunub.

Azərbaycanın Müstəqillik Aktına imza atan 43 istiqlalçı deputatdan biri, Müsavat Partiyasının Məclis üzvü Məryəm Həsənova Siyəzən rayonunda yataqxanada yaşayırdı.

1990-cı ildə Siyəzən rayonundan deputat seçilən Məryəm Həsənova həmin dövrdə məktəb direktoru işləyib. 

Ali Sovetin "Demokratik Blok” fraksiyasının üzvü, 1990-cı ilin mart referendumuna etiraz olaraq aclıq aksiyası keçirən 10-nəfərdən biri idi.

İstiqlalçı deputat olsa da, o, millət vəkili kimi pensiya ala bilmirdi.