İtaliyada koronavirusla bağlı biznesə 400 milyard avroluq yardım planı qəbul edib

İtaliyada koronavirusla bağlı biznesə 400 milyard avroluq yardım planı qəbul edib

07-04-2020 12:55 / Bu xəbər 282 dəfə oxundu

İtaliya hökuməti sahibkarlıq əleyhinə qaydaların gücləndirilməsi daxil olmaqla, iqtisadi tədbirlərin yeni paketini, habelə iş adamlarına kömək üçün 400 milyard avro dəyərində kredit və investisiyalar üçün hökumət zəmanətlərini təsdiqləyib. 

Bu barədə "Politico" məlumat yayıb.

Məlumata görə, Baş nazir Cüzeppe Konte bildirib ki, yeni qəbul edilən qərarla kiçik, orta və böyük müəssisələrə dərhal 400 milyard avro dəyərində likvidlik verilir. 

Maliyyə naziri Roberto Qualtyeri isə deyib ki, rəsmi Roma, SACE dövlət ixrac-kredit agentliyi xətti ilə 200 milyard avro məbləğində müəssisələrə verilən kreditlərin 90% -ə qədər zəmanət verəcək. İxrac dəstəyinə yatırımların təmin edilməsi üçün əlavə 200 milyard avro ayrılır.

Dövlət zəmanətli kreditlərdən istifadə edən şirkətlərə səhmdarlar arasında dividend paylamağa icazə verilməyəcək. 

Maliyyə naziri yeni təminat sisteminin yaxın günlərdə fəaliyyətə başlayacağını söyləyib.

Qərar, strateji şirkətləri xarici şirkətlərdən qorumaq üçün mövcud investisiya nəzarət vasitələrinin əhatəsini də genişləndirir.

Nəzarət və qorumalar əsasən bank, sığorta, enerji, nəqliyyat, su təchizatı, səhiyyə, qida təhlükəsizliyi, süni intellekt və robototexnika kimi sahələrə aid ediləcək. 

Qərarda həmçinin aprel və may aylarında başa çatan bir neçə vergi müddətləri təxirə salınıb.

Nizami Bağırov