Jurnalist 1000 manat cərimələnib

Jurnalist 1000 manat cərimələnib

25-11-2019 15:01 / Bu xəbər 1272 dəfə oxundu

Bakı Apellyasiya Məhkəməsi jurnalist Sevinc Vaqifqızını 1000 manat cərimələyib.

Məhkəmədə mübahisələndirilən mövzu 2018-ci il aprelin 11-də keçirilən prezident seçkiləri zamanı yayılmış video ilə bağlı olub.

Jurnalist Sevinc Vaqifqizi həmin zaman səsvermə prosesində 251 nömrəli məktəbin direktor müavini Elmira Alandarovanı lentə alaraq reportaj hazırlayıb. 

Sözügedən görüntülərdə E.Alandarova 25 saylı Nizami II seçki dairəsinin hər iki məntəqəsində görünür və səsverməyə nəzarət edib.

Meydan TV həmin görüntüləri "Karuselə nəzarət edən direktor müavini” başlığı ilə təqdim edib.

Direktor müavini bununla bağlı məhkəməyə müracət edib.

Narazı direktor müavininin mülki iddiasına əvvəlcə Binəqədi Məhkəməsində baxılıb.

Binəqədi Məhkəməsi şərəf və ləyaqətin aşağılanması iddiasını əsaslı saymayıb.  

Təzminat və üzr istəmək tələbinin isə rədd edib. 

Məhkəmə yalnız "Karuselə nəzarət edən direktor müavini” sərlövhəsini həqiqətəuyğun saymayıb.  

Bakı Apellyasiya Məhkəməsi isə bu qərarı dəyişərək  iddianı təmin edib. Məhkəmənin qərarına görə, jurnalistin hazırladığı material ləkələyicidir və buna görə 1000 manat təzminat ödənilməlidir.///toplum.tv