Jurnalist apellyasiya şikayəti verib

Jurnalist apellyasiya şikayəti verib

28-07-2016 00:45 / Bu xəbər 971 dəfə oxundu

Nəsimi Rayon Məhkəməsi Aytən Fərhadovanın şikayətini icraata götürməkdən imtina edib

İyulun 27-də jurnalist Aytən Fərhadova Nəsimi Rayon Məhkəməsinin qərarından apellyasiya şikayəti verib. 

Bu haqda Meydan TV-yə jurnalistin özü məlumat verib.

Baş Prokurorluğun Ağır cinayətlərə dair İstintaq İdarəsinin qərarı ilə A.Fərhadovanın ölkədən çıxışı yasaqlanıb.

İyulun 26-da Nəsimi Rayon Məhkəməsi jurnalistin şikayətini icraata götürməkdən imtina edib.

Arqument.Az