Jurnalist Azərbaycana deportasiya ediləcək

Jurnalist Azərbaycana deportasiya ediləcək

06-06-2019 23:53 / Bu xəbər 810 dəfə oxundu

"Rusiyada faəliyyət göstərən jurnalist Fuad Abbasovun ölkədən deportasiya edilməsi ilə bağlı apellyasiya şikayətinə baxılıb. 

Moskva vilayət Məhkəməsi Ximski şəhər Məhkəməsinin qərarını qüvvədə saxlayıb”.

Bu baradə APA-nın Moksva müxbirinə jurnalistin vəkili Teyyub Şərifov məlumat verib.

O, bildirib ki, qərarla razı deyillər və kassasiya şikayəti verəcəklər.

Vəkil Fuad Abbasovun yaxın günlərdə Azərbaycana deportasiya olunacağını söyləyib: "Artıq deportasiya qərarı qüvvəyə minib. Ona görə də Fuad yaxın günlərdə Rusiyadan deportasiya ediləcək”.

Qeyd edək ki, Rusiyada deportasiyahəftədə iki dəfə- ikinci və beşinci günlər olur.

Jurnalist Fuad Abbasov mayın 16-da Moskva vilayətinin Ximki şəhərində saxlanılıb. Ximki Şəhər Məhkəməsi onun Rusiyada yaşamaq haqqında icazəsi ləğv olunmasına baxmayaraq, vaxtında ölkəni tərk etmədiyi üçün deportasiya olunması haqqında qərar çıxarıb. 

F.Abbasov hazırda Moskva vilayətinin Korolyov şəhərində yerləşən miqrantlar üçün xüsusi saxlanma məntəqəsində saxlanılır.