Jurnalist baş prokurorluqda təkrar dindirildi

Jurnalist baş prokurorluqda təkrar dindirildi

26-07-2017 00:51 / Bu xəbər 858 dəfə oxundu

Jurnalist Aytən Fərhadova bu gün, iyulun 25-də Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsində 4 saata kimi dindirilib.

Bu haqda AzadlıqRadiosu-na jurnalistin özü bildirib.

Onun sözlərinə görə, dindirmə həbsdəki jurnalist Əfqan Muxtarlı və ‘Meydan TV’ internet resursu üzrə açılmış cinayət işi ilə bağlı olub.

"Əvvəl (jurnalist əvvəllər də dindirilib – A.R.) olduğu kimi ənənəvi sualları verdilər, amma bu dəfə suallar daha detallı idi. 

zƏfqan Muxtarlı, "Meydan TV” ilə bağlı suallar oldu”, - deyən jurnalist istintaq sirri səbəbindən dindirilməsinin detallarına varmayıb.

A.Fərhadov iş üzrə şahid qismində dindirilib.

Xatırladaq ki, bir müddət əvvəl həbsdəki jurnalist Əfqan Muxtarlının cinayət işi "Meydan TV"nin internet resursunun cinayət işi ilə birləşdirilib.