Jurnalist təhdidlərə məruz qaldığını bildirir

Jurnalist təhdidlərə məruz qaldığını bildirir

18-06-2019 16:02 / Bu xəbər 734 dəfə oxundu

Jurnalist Elçin Həsənzadə naməlum şəxslər tərəfindən hədələrə məruz qaldığını bildirir. 

O hesab edir ki, həmin şəxslər Mingəçevir Su Kanal İdarəsinin rəisi Maarif Məmmədovun adamlarıdır.

E.Həsənzadə deyib ki; "Əvvəllər məhkum olunmuş Maarif Məmmədovun yüksək posta təyin edilməsilə bağlı məlumat yazdıqdan sonra mənə qarşı təzyiqlər başladı".

Ancaq maraqlıdır ki, E.Həsənzadə bildirir ki, təzyiqlər və hədələr məlumat dərc edildikdən iki ay sonra başlayıb.

"İyunun 15-də mobil telefonuma zəng edərək bəzi məsələləri aydınlaşdırmaq üçün görüşə çağırdılar və cəza ilə hədələdilər", - E.Həsənzadə deyib və həyatının təhlükədə olduğunu qeyd edib.

Öz növbəsində M.Məmmədov Turan İA ilə söhbətində deyib ki, sahibkar E.Həsənzadə təzyiq göstərilməsi üçün heç bir tədbirə əl atmayıb.

"O, ağlına gələni yazır, ancaq bu, həqiqəti əks etdirmir. Mən ancaq bunları deyə bilərəm", - M.Məmmədov vurğulayıb.