Jurnalistin komada olan atası üçün bank hesabı açıldı

Jurnalistin komada olan atası üçün bank hesabı açıldı

27-09-2016 14:30 / Bu xəbər 806 dəfə oxundu

Report” İnformasiya Agentliyinin əməkdaşı, jurnalist İmdad Əlizadənin atası,1946-cı il təvəllüdlü Əli Əliyevə yardım üçün bank hesabı açılıb.Bu ilin fevralın 14-də avtomobil qəzasına düşən Ə.Əlizadənin vəziyyəti orta ağır olaraq qalır. 

Bu haqda İmdad Əlizadə bildirib.

Sosial vəziyyətlərinin ağırlığından danışan İ.Əlizadə hazırda məcburi köçkün  kimi məskunlaşdıqları Xətai rayonu 242 saylı uşaq baxçasındakı vəziyyətdən şikayətlənib: "Atamın komadan çıxma ehtimalı var. Gec-tez atamı xəstəxanadan çıxardacağıq. Təəssüflər olsun ki, xəstəxandan çıxdıqdan sonra onu saxlayacaq bir sığınacağımız yoxdur. Məskunlaşdığımız Xətai rayonu 242 saylı uşaq baxçasındakı vəziyyət bu imkan vermir. Otaqlar su içindədir. Kəllə-beyin travması alan atamın ağciyərində də müxtəlif problemlər yaranıb. O, bu cür yerdə yaşaya bilməz. Aidiyyatı qurumlardan xahiş edirəm ki, heç olmasa baxçanı yenidən təmir etsinlər”. 

Əli Əliyevin müalicəsinin xəstəxana şəraitində davam etdirilməsi üçün maddi dəstəyə ciddi ehtiyac yarandığından son günlər yardım kampaniyasına başlanıb. Xəstənin müalicəsinə maddi yardım göstərilməsi məqsədilə onun oğlu İmdad Əlizadənin (əlaqə telefonu: 050 506 86 90) adına bank hesabları açılıb: Bank Respublika ASC Yasamal filialı Kod: 511102 VÖEN: 9900001901 M/h: AZ80NABZ01350100000000014944 SWIFT: BRESAZ22 IBAN: AZ94BRES00380194404052957401 (AZN) AZ88BRES00381184004052957402 (USD) AZ55BRES00381197804052957403 (EUR) AZ10BRES00381181004052957404 (RUB).

Qaynarinfo.Az