Jurnalistin şikayəti təmin edilmədi

Jurnalistin şikayəti təmin edilmədi

26-07-2016 14:26 / Bu xəbər 840 dəfə oxundu

Baş Mütəşəkkil Cinayətkarlığa Mübarizə İdarəsinin nümayəndəsi məhkəməyə gəlmədi.

İyulun 25-də Nəsimi rayon Məhkəməsində jurnalist Sevinc Vaqifqızının ölkədən çıxışına qoyulan qadağadan verilən şikayətə baxılıb. Bu barədə vəkil Şəhla Hümbətova Meydan TV-yə məlumat verib. Hakim Şəlalə Həsənova bu işə məhkəmə nəzarət qaydasında baxılmasını doğru hesab etməyərək şikayəti təmin etməyib.

Sevinc Vaqifqızı sentyabrın 20-də Ukraynadan qayıdarkən Hava Limanında saxlanılıb və Baş Mütəşəkkil Cinayətkarlığa Mübarizə İdarəsinin (BMCMİ) onun ölkədən çıxışına qadağa qoyduğu bildirilib.

Jurnalist bu qadağanın Meydan TV ilə bağlı açılan cinayət işi ilə bağlı olduğunu deyib.

İyulun 25-də həmçinin Nərimanov rayon Məhkəməsində Sevinc Vaqifqızının Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində bir gecə saxlanması ilə bağlı şikayətinə baxılıb. BMCMİ nümayədəsinin prosesə qatılmaması səbəbindən proses təxirə salınıb.

Jurnalistlər Sevinc Vaqifqızı, Aytən Fərhadova və İzolda Ağayeva sentyabrın 20-də Ukraynadan qayıdarkən Hava Limanında saxlanılıb və BMCMİ-yə gətiriliblər. Onlar yalnız sentyabrın 21-də idarədən buraxılıblar. Jurnalistlərin saxlanması ilə bağlı qərar onlara təqdim olunmayıb.

Arqument.Az