Jurnalistlər etiraz aksiyası keçirib

Jurnalistlər etiraz aksiyası keçirib

30-10-2019 15:58 / Bu xəbər 1009 dəfə oxundu

Media nümayəndələri oktyabrın 30-da Rabitə, Nəqliyyat və Yüksək Texnologiyalar Nazirliyi önündə aksiya keçiriblər.

Onlar oktyabrın 19-da Milli Şuranın mitinqi zamanı şəhərin müxtəlif ərazisində internetin kəsilməsinə etiraz ediblər. 
 
Meydan TV aksiyanı canlı yayımlayıb.

Polis jurnalistləri ərazidən uzaqlaşdırıb. 
 
Oktyabrın 19-da Demokratik Qüvvələrin Milli Şurası və Azərbaycan Xalq Cəbhəsi Bakının 28 May metrostansiyası qarşısında iczəsiz aksiya keçirib.

Aksiya iştirakçıları və jurnalistlərin zorakılığa məruz qaldığı bildirilir. 

Aksiya zamanı AXCP sədri Əli Kərimli, akisya təşkilatçıları Tofiq Yaqublu, Seymur Həzi və başqaları saxlanılıb. 

Saxlanılan şəxslər polis şöbələrində işgəncələrə məruz qaldıqlarını bildiriblər.