Kanada plastik qabları birdəfəlik yasaqlayır

Kanada plastik qabları birdəfəlik yasaqlayır

11-06-2019 19:05 / Bu xəbər 1038 dəfə oxundu

Kanada 2021-ci ildən birdəfəlik plastik çöpləri, torbaları qadağan edəcəyini bildirib. 

Bu barədə AzadlıqRadiosu xəbər verib.

Baş nazir Justin Trudeau bunu dünya okeanlarını çirklənmədən qorumaqdan ötrü "qlobal çağırış” adlandırıb. Baş nazir Kanadanın istifadə etdiyi plastik məhsulların 10 faizindən də azını təkrar istifadəyə buraxdığını söyləyib.

"Səmimi desəm, bir ata kimi bunu övladlarıma izah etmək çətindir. Dünyada sahillərdə qarınları plastik torbalarla dolu ölü balinaları necə izah edəsən axı?” – o yazıb.

Qadağaya plastik torbalar, çöplər, çəngəl-bıçaq daxildir. Bu məhsullar dünyada dənizləri çirkləndirən plastik tullantıların əksəriyyətini təşkil edir.

Hökumət 2021-ci ilin son tarix kimi qoyulmasını şirkətlərə yeni qaydalara uyğunlaşmaqdan ötrü zaman vermək niyyətilə izah edir.