Kəlbəcərin yeni icra başçısı kimdir?

Kəlbəcərin yeni icra başçısı kimdir?

13-05-2020 15:08 / Bu xəbər 3107 dəfə oxundu

Azər Bəhlul oğlu Qocayev Kəlbəcər Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib.

Bu barədə prezident İlham Əliyev mayın 13-də sərəncam imzalayıb. 

Arqument.az-ın əldə etdiyi məlumata görə, Azər Qocayev "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinin sədri Cavid Qurbanovun yaxın adamıdır. Onun Aşıq Şəmşir Qocayevin nəslindən olduğu bildirilir. 

Azər Qocayev həm də "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinin işçisi olub. 

Bununla bağlı Cavid Qurbanovun köməkçisi Həbib Misirov da sosial şəbəkədə yazıb. 

Bu statusda diqqətçəkən məqamlardan biri də odur ki, bir vaxtlar deputat, indi də ASC sədrinin köməkçisi olan bir şəxs Azərbaycan dilinin qaydalarını elementar səviyyədə bilmir.