Kəmaləddin Heydərova məxsus bəzi otellərin adı dəyişdirilib

Kəmaləddin Heydərova məxsus bəzi otellərin adı dəyişdirilib

25-10-2018 01:28 / Bu xəbər 1959 dəfə oxundu

Fövqəladə hallar naziri Kəmaləddin Heydərova məxsus "Qafqaz” otellər şəbəkəsinə daxil olan otellərdən biri fəaliyyətini dayandırdı, bəzilərinin isə adı dəyişdirilib.

Bu barədə Unikal.org məlumat yayıb. 

Şirkətdən Unikal.org-a verilən məlumata görə, şəbəkəyə məxsus bəzi otellərin adı isə dəyişdirilərək ”Kaspıa” olub. 
 
Qəbələdə yerləşən "Qafqaz Yeddi Gozel Hotel"in adı dəyişdirilərək "Kaspıa Yeddi Gozel Hotel Gabala", Lənkəranda yerləşən "Qafqaz Sahil Hotel”in adı dəyişdirilərək "Kaspıa Sahil Hotel Lankaran" adı verilib.
 
"Qafqaz” otellər şəbəkəsinə daxil olan və Lənkəranda fəaliyyət göstərən "Qafqaz Sahil Hotel” oktyabr ayının 22-dən fəaliyyətini rəsmən dayandırıb.

"Gilan Holdinq”in "Qafqaz” otellər şəbəkəsinə 13 otel daxil olub və bu mülklərin sahibi isə Fövqəlada Hallar Naziri Kəmaləddin Heydərov olduğu deyilir. 

Lənkəranda fəaliyyət göstərən "Qafqaz Sahil Hotel”in bağlanması ilə bağlı ilk məlumatı isə Arqument.Az saytı yaymışdı.