Kəmaləddin Qafarov "nəticə" çıxartdı, Nəriman Əliyev yox...

Kəmaləddin Qafarov

20-05-2017 14:54 / Bu xəbər 2816 dəfə oxundu

Son zamanlar mediada ən çox tənqid olunan deputatlar 2015-ci ildə 9 saylı Binəqədi İkinci Seçki Dairəsindən seçkilən Kəmaləddin Qafarov və 70 saylı Masallı şəhər Seçki Dairəsinindən seçilən Nəriman Əliyevdir. 

Hər iki deputatın biznesmen kimi tanındığı sirr deyil. Yəni özləri də heç vaxt keçmişdə bizneslə məşğul olduqlarını gizlətməyiblər. 

Nəriman Əliyevin adı son günlər "Ştutqart” mağazalar şəbəkəsinin direktoru Əfqan Abdullayevlə bağlı qalmaqalla gündəmə gəldi. Mağazalar şəbəkəsi deputatın bacısı oğluna məxsusdur. Onun da bu biznesi təkbaşına necə əldə etdiyi şübhələr yaradır. Ancaq məsələ bu deyil. 

Nəriman Əliyev ortada şikayətçi, sənədlər, videofaktlar olduğu halda, mediadan müəyyən qurumlara şikayət edir. Hətta şikayətçi sosial şəbəkələrdə səhifələr yaradaraq deputatla bağlı faktları, danışıqlarını, "sərgüzətşləri" yayımlayır. 
Nəriman Əliyevə vəhy gəlib, yoxsa vergi verilib?..
Deputat hətta şikayətçinin mediaya təqdim etdiyi ödəniş çeklərini də gözardı edərək, hansısa vasitə və əlaqələrdən istifadə edərək müdiada müdafiə yolunu seçib. Hətta Mətbuat Şurasına müraciət edərək, haqqında yazılanları müakirəyə çıxarır. 

Mətbuat Şurasının onu niyə müdafiə etdiyinə ayrıca toxunacağıq, amma bir məqama diqqət edək: məsələn, deputatın bacısı oğlunu şikayətçi ilə danışığı zamanı hüquq-mühafizə orqanlarını təhqir edir və bu sosial şəbəkələrdə yayılıb. 

Nəriman Əliyevi müdafiə edən şəxslər bu faktı diqqətdən qaçırmamalıdırlar. Ya da deputatın bacısı oğlunun hökuməti təhqir edən ifadələrinə haqq qazandırmalı, don geyindirməlidirlər. Çünki ortada audio və video fakt var... 

Arqument.Az-da dərc olunan bir məqaləni də müzakirəyə çıxaran deputat, yəqin, bir məqamı diqqətdən qaçırıb ki, onun adı biznes qalmaqalında hallandırılır. Bu da Azərbaycan Konstitusiyasına ziddir. 

***

Qısa bir xatırlatma: ötən illərdə biznesmen deputat Çingiz Əsədullayevlə bağlı da bəzi fakrları yaymışdıq. Onda da bir sıra qurumlar deputatı müdafiə edərək, üstümüzə gəlmişdilər. Amma sonda nəticə bəlli oldu, onun Eldar Mahmudovla əlaqələri üzə çıxdı və Əsədullayev deputat mandatından məhrum edildi. Nəriman Əliyev bu məqamı diqqətdən qaçırmamalıdır...

***

Mətbuat Şurasında müzakirə zamanı çıxarılan qərar odur ki, Nəriman Əliyevlə bağlı yazan media orqanları qarşı tərəfi dinləməyiblər. Bu isə "Azərbaycan Jurnalistlərinin Peşə Davranışı Qaydaları"nın müvafiq prinsiplərinin pozulması deməkdir. Əvvəla, qeyd edək ki, Nəriman Əliyev bu iddialarla bağlı dəfələrlə edilən müraciətlərə məhəl qoymayıb, medianın sorğularına cavab verməyib. 

İndi isə daha ciddi bir fakt ortadadır. Əlahəzrət fakt budur ki, deputat şikayət etdiyi qurumun, Mətbuat Şurasının tövsiyəsinə belə əməl etmir. Onun adında "Mətbuat" yazılan istənilən quruma münasibəti budur. Belə ki, şikayətlər üzrə Komissiyasının tövsiyəsi budur ki, mövcud yanlışlıq aradan qaldırılsın. Komissiya üzvləri onu da bildiriblər ki, şikayətçi tərəf Milli Məclisin deputatı kimi mühüm status daşıyır. Buna görə də barəsində yayılmış material həqiqətdən uzaqdırsa, dərhal bəyanat verməli, məsələ barədə cəmiyyəti doğru məlumatlandırmalıdır ki, müxtəlif informasiya vasitələri yanlışlığı təkrarlamasınlar. 

Bu gün may ayının 20-sidir, iclas isə ayının 8-də keçirilib, amma bu günə qədər deputat heç bir bəyanat yaymayıb, məsələyə münasibət bildirməyib. Buna artıq qərarı çıxaran qurum cavabdehidir, çünki deputat sayğısızlığı bu dəfə də Mətbuat Şurasına edib. Ona görə də qurum bundan sonra "Azərbaycan Jurnalistlərinin Peşə Davranışı Qaydaları"nın müvafiq prinsipləri" deyəndə diqqətli olmalıdır. Ümid edirik ki, Nəriman Əliyev rəsmi sorğumuza qanunla müəyyən olunmuş vaxt ərzində cavab verəcək. Əks halda məhkəməyə müraciət edəcəyik... 

Bir abzas da Kəmaləddin Qafarov barədə... 

İctimaiyyət arasında passiv deputat kimi tanınan Qafarov artıq yazılanlardan "nəticə" çıxarıb. Guya onunla bağlı səsləndirlən əsas irada: "Deputat seçildiyi müddətdə bircə dəfə danışmışdı ki, o da dərman biznesi ilə bağlı idi", - özü ilə bağlı xəbərlər tirajlamaqla cavab verir.  
Related image
Ümumiyyətlə, son vaxtlar tez-tez media səhifələrində və efirdə görünməyə başlayıb. Amma Qafarov dərman biznesi ilə bağlı da danışır və dolayısı ilə bu bizneslə əlaqələrinin olduğunu danmır. Əsas odur ki, medianın passiv adlandırdığı deputat son aylar "aktivləşib". Hətta ictimai tədbirlərdə iştirak etdiyi ilə bağlı da xəbərlər tirajlayır. Göstərmək istəyir ki, danışıram. Seçicilərinin problemlərindən bəhs etməsə də, məşhur lətifədə deyildiyi kimi: "Nə olsun ki, nədən danışır, əsas odur, danışır". 

Məsud Turan
Arqument.Az