"Kiminsə AAAF-da gözü var" - Prezidentə müraciət - VİDEO

24-09-2017 20:34 / Bu xəbər 1257 dəfə oxundu

"AAAF Holdinq” MMC-nin təsisçisi, tanınmış iş adamı Tofiq Heydərov həm öz adı, həm də rəhbərlik etdiyi şirkətlər ətrafında gəzən söz-söhbətlər, şayiələrə aydınlıq gətirib.
 
BakuPost.az xəbər verir ki, o öz fecebook səhifəsində  videomüraciət yayaraq yayılan məlumatlara aydınlıq gətirib, sensasiya hesab olunacaq faktlar açıqlayıb. 

Tofiq Heydərov AAAF Park Yaşayış Kompleksinin qarşılaşdığı problemlər, onların həll prosesi, bank, girov, vergi və digər məsələlər haqda ətraflı danışıb. Təsisçi hər şeyə rəğmən təzyiqlərə təslim olmayacağını, yolundan dönməyərək işini davam etdirəcəyini qeyd edib:

"Hörmətli izləyicilərim və dostlarım, ötən gün mediada haqqımda yayılan xəbərlər və İcra orqanlarının hərəkətləri həqiqətən məni çox üzdü. Azərbaycanda olmadığıma görə Facebook hesabıyla sizlərə bildirirəm ki, narahat olmayasınız. Bu gün həqiqətən də çox acınacaqlı vəziyyətdir. Bunu 30 mindən artıq dinc sakinin dövlətə qarşı qaldırılmasına bir cəhd adlandırıram. "AAAF Park” doğrudan da böyük ailədir. Uzun illərdir bu işlər kimlərsə tərəfindən quraşdırılır. Kimlərinsə "AAAF Park”da gözü var. Biz bunu dəfələrlə qeyd etmişik”.

Son günlər "AAAF Park” ətrafında baş verən proseslər, bir-birini təkzib edən informasiyaların, hətta Tofiq Heydərovun həb edilməsi barədə şayiələrin dolaşdığı bir vaxtda belə bir videomüraciətin maraqla qarşılanacağını nəzərə alaraq, onu təqdim edirik: