Kimisi bir quru təbrik, kimisi bir az diqqət, kimisi də...

Kimisi bir quru təbrik, kimisi bir az diqqət, kimisi də...

08-03-2017 13:28 / Bu xəbər 2345 dəfə oxundu

Mart ayı təqvimdə yerini tutmağa başlayan kimi bayramlar ard-arda düzülür. Martın ilk bayramı da qadınların həvəslə gözlədiyi "8 Mart Beynəlxalq Qadınlar Günü” olur. Balacasından böyüyünə kimi qadınların çoxu həmin gün bir başqa abu-havaya düşürlər. Doğum günləri qədər özəl olan bu bayramda xanımların gözləntisi də müxtəlifdir. Kimisi bir quru təbrik, kimisi bir az diqqət, kimisi də  müxtəlif  hədiyyə gözləyir. Gözləntiləri də demək olar ki, əsasən məhz əks cinsin nümayəndələrindəndir. Bəs,  görəsən, bəylər bu gözləntini doğruldurmu?

"Diqqətdə olduğunu hiss etmək gözəl hissdir”

Bakı sakini Aysel Həsənova deyir ki, mart ayı hərtərəfli gözəl aydır, yazın isti nəfəsi bir tərəfdən, bir-birinə qarışan bayramlar digər tərəfdən yüksək əhval-ruhiyyə yaradır: 

"8 Mart hər bir xanımın xüsusi intizarla gözlədiyi bayramdır. Kim istəməz ki, yaxınlarından maraqlı hədiyyə almasın?  Diqqətdə olduğunu hiss etmək gözəl hissdir. Hər il ailəmizdə atam anama və mənə mütləq hədiyyə alır. Qardaşlarımdan da xüsusi hədiyyələr almaq daha da xoş olur. Mən əsasən hər il anama və xalama ya ətir, ya da xanımlar üçün xüsusi dəstlərdən hədiyyə alıram. Əslində, hədiyyə verməyi daha çox sevirəm, simalarda gülüş, sevinc görmək insanı xoşbəxt edir... Mən isə kitab , qəşəng qələm, rəsm albomu, bloknot, yaxud dəftərçə hədiyyə almaq istərdim. Çünki gülləri və zinyət əşyalarını xoşlamıram”.

Zərifə xanımın isə elə də böyük gözlәntilәri yoxdur: "8 Martda anama  hәr zaman hәdiyyә alıram. Çiçәk bir dә şәrf hәdiyyә etmәyi çox sevirәm.Yemәklә aram çox yaxşı olduğu üçün şam yeməyin  dәvәt etsәlәr, ya da bir neçə kilo alma alsalar, məni xoşbəxt etməyə bəs edər”. 
 

"Bəzi özəl günlər var ki, onlar yazılmayan qanunlara  bənzəyir”

Nərmin xanımın isə əsas gözləntisi diqqət və qayğıdır: "Çox adam deyir, qadınlara ancaq ildə bir dəfə, yəni, 8 martda diqqət göstərmək, hədiyyə almaq düzgün deyil. Bu fikir müəyyən qədər doğrudur, insan öz sevgisini daim hiss elətdirməlidir. Sadəcə, bəzi özəl günlər var ki, onlar yazılmayan qanunlara bənzəyir. Kiçik bir hədiyyə, bir neçə cümləlik təbrik mesajı belə qadınlara bəs edər deyə düşünürəm.

Gülləri çox sevməsəm də, 8 martda hədiyyə olaraq kiçik gül dəstələri almaq xoşuma gəlir. Xüsusilə də həmin gül dəstəsi sevdiyim güllərdən hazırlanıbsa. Həmin rəngbərəng güllər özündə baharın ilk ayını əks elətdirir. Anam bəzək aksessuarları və çox sevdiyi üçün nərgiz gülü alıram”.

Bu bayramda qadınlara verilən hədiyyələr içərisində gül xüsusi yer tutduğundan demək olar ki, piştaxtaları da daha çox gül-çiçək bəzəyir. 

"Kaş  hər gün 8 Mart ola...”

Elə gül dükanlarının birində satıcı işləyən Zaur deyir ki, bir neçə gündür işləri yağ kimi gedir: "Hədiyyə olaraq daha çox güllərə üstünlük verilir. Kimisi anasına, kimisi sevdiyi xanıma, kimisi də bacısına, yaxud da qohumlarına hədiyyə almaq üçün bura üz tutur. Qiymətlər güllərin növündən və sayından asılı olaraq dəyişir. Sadə gül buketləri 10-15 manatdan başlayır. Daha böyük və dəbdəbəli buketler isə 500 manatdan 1000 manata qədər dəyişə bilir. Kaş hər gün 8 Mart ola”. 

Ətir və kosmetik vasitələr da çox alınan bayram hədiyyələrindəndir. Məhz buna görədir ki, bu məhsullar satılan mağazaların çoxunda bayram endirimlərinə rast gəlinir. Küçədə səyyar satılan ətirlərin qiyməti 5-10 manat arası dəyişsə də, brend ətirlərin qiyməti 150-200 manatdan başlayır. Qiymətlərin baha olmasına baxmayaraq müşahidələr göstərir  ki, onlar ın da öz alıcısı var.

Kimin gücü nəyə çatırsa, ətrafındakı dəyər verdiyi qadınlara onu alır. Hədiyyənin qiyməti, ölçüsü heç də verilən dəyərin göstəricisi deyil. Bir quru təbrik belə qadınları xoşbəxt etməyə bəs edirsə, onları bu diqqət və qayğıdan məhrum etməyək.

Toplum.Tv