KİV: Baş nazir müavininin oğlu radikal dini təriqətə üzv olub (FOTO)

KİV: Baş nazir müavininin oğlu radikal dini təriqətə üzv olub (FOTO)

25-06-2019 10:45 / Bu xəbər 509 dəfə oxundu

Azərbaycan Respublikası Baş nazirinin müavini İsmət Abbasovun oğlu Yunis Abbasovun radikal dini təriqət üzvü olduğu iddia olunur.

Bu barədə "Yeni Müsavat” qəzeti məlumat yayıb. 

Londonda böyük mal-mülk sahibi olan  Yunis Abbasovun sələfi olduğu deyilir. 

Yunis Abbasov uzun illərdir ki, Londonda yaşayır. Özünün açıqlamalarına görə, orada özünə biznes qurub. 

Belə iddialar da var ki, oğul Abbasovun Londondakı biznesi ata Abbasovun  kapitalı hesabına formalaşıb. İsmət Abbasov isə heç vaxt biznesmen olmayıb, onun məmur olaraq maaşı da oğluna böyük varidat ötürməsinə imkan verəcək qədər deyil. 

Ehtimal olunur ki, Yunis Abbasovun biznesinin mayasında atasının nazir və başqa vəzifələrdə işlədiyi dövrlərdə qeyri-qanuni yollarla əldə etdiyi pullar dayanır. Zaman-zaman yerli və xarici mediada Yunis Abbasovun varidatı haqda xəbərlər yayılır.

Hazırda Abbasovların Dumanlı Albionda 21 milyon dollarlıq mal-mülklərinin olmasını təsdiqləyən sənədlər ortalıqdadır. Belə anlaşılır ki, Yunis Abbasov bir neçə 10 milyonluq varidatın sahibidir. 

Onun Böyük Britaniyada radikal dini təriqət üzvü olması xəbəri də yeni deyil. Bildirilir ki, Abbasov hələ Londonda təhsil alarkən dini baxışlarını dəyişib və sələfi təriqətinin daşıyıcısına çevrilib. Böyük pullara sahib Yunis Abbasov məmur oğlu olaraq dini baxışlarını dəyişən ilk azərbaycanlı deyil. 

Bakının keçmiş icra başçısı Hacıbala Abutalıbovun oğlu İsrafil Abutalıbovun da sələfi olması iddiaları illərdir ki, mətbuatda dolaşır və təkzib olunmur.