KİV: Gürcüstanda yeni nazirlik yaradılacaq

KİV: Gürcüstanda yeni nazirlik yaradılacaq

02-09-2019 15:21 / Bu xəbər 176 dəfə oxundu

Gürcüstanda hökumət dəyişiklikləri çərçivəsində ölkənin Təhsil, Elm, Mədəniyyət və İdman Nazirliyi yenidən bölünəcək.

Bu barədə "Report” xəbər verir.

Xəbərə görə, bu barədə yerli "Maestro” televiziyası məlumat yayıb.

Məlumata əsasən, ayrıca Mədəniyyət Nazirliyi yaradılacaq. Mədəniyyət naziri isə Badri Maisuradze olacaq. O, bu günlərdə təhsil, elm, mədəniyyət və idman nazirinin birinci müavini təyin olunub. B.Maisuradze bu vaxta qədər Zakaria Paliaşvili adına Tbilisi Dövlət Teatr və Opera Balet Teatrının bədii rəhbəri vəzifəsini tutub.

Ötən ilin iyun ayında Gürcüstanın Mədəniyyət və Abidələrin Mühafizəsi Nazirliyi Təhsil və Elm Nazirliyinə birləşdirilib.