KİVDF-yə 1 milyon manat ayrılıb

KİVDF-yə 1 milyon manat ayrılıb

22-07-2019 14:39 / Bu xəbər 250 dəfə oxundu

Prezident İlham Əliyev"Azərbaycan Respublikasında nəşr olunan qəzetlərə əlavə maliyyə yardımının ayrılması haqqında" sərəncam imzalayıb.

Bu barədə "Report.az" məlumat yayıb.

Sərəncama görəAzərbaycanda nəşr olunan qəzetlərə əlavə maliyyə yardımı göstərmək üçün 2019-cu il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Prezident yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fonduna (KİVDF) 1 milyon manat ayrılıb.

Maliyyə Nazirliyinə sərəncamda göstərilən məbləğdə maliyyələşməni təmin etmək tapşırılıb.