Kılıçdaroğludan Ərdoğana: "Sən kimsən ki, Türkiyə adından üzr istəyirsən?"

Kılıçdaroğludan Ərdoğana:

28-06-2016 15:30 / Bu xəbər 1720 dəfə oxundu

"Öncə aslan kimi kükrəyirdilər, indi isə pişik kimi miyoldayırlar”

Türkiyənin müxalifət lideri – Cümhuriyyət Xalq Partiyasının (CHP) sədri Kamal Kılıçdaroğlu ölkə prezidenti Rəcəb Tayyib Ərdoğanı sərt tənqid edib.

"Hürriyet” yazır ki, K.Kılıçdaroğlu CHP parlament fraksiyasının bu gün keçirilən toplantısında R.T.Ərdoğanın rusiyalı həmkarı Vladimir Putinə məktub göndərməsinə toxunaraq, hazırkı hakimiyyətin xarici siyasəti daxili siyasətə alət etdiyini bildirib:

"Bu ölkənin daimi mənafeləri var. Xarici siyasət milli olmalıdır. Amma bunlar xarici siyasət məsələlərindən daxili siyasətdə öz məqsədləri üçün istifadə edirlər. Ərdoğan Putinə məktub göndərib, Türkiyə Cümhuriyyəti adından üzr istəyib. Sən kimsən ki, Türkiyə adından üzr istəyirsən?! Rusiyadan üzr istəyə bilməzsən, buna haqqın yoxdur. Sərhədimizi kim pozdu? Ruslar. Ərdoğan "üzr istəməli olan tərəf Rusiyadır” demişdi. Öncə aslan kimi kükrəyirdilər, indi isə pişik kimi miyoldayırlar”.

Arqument.Az