Koalisiya Şurası üzvündən ilginc mesaj - Hökumət yeni tərkibi tanımaq istəmir?!

Koalisiya Şurası üzvündən ilginc mesaj - Hökumət yeni tərkibi tanımaq istəmir?!

22-01-2017 00:57 / Bu xəbər 1943 dəfə oxundu

"Ümid edirik, hökumət yeni tərkiblə işləyəcək”.

MSŞA Koalisiya Şurası Çoxtərəfli Qrupa (ÇTQ) yeni seçilmiş üzvlərinin hökumət tərəfindən qəbul ediləcəyinə ümid edir.

Arqument.Az xəbər verir ki, Mədən Sənayesində Şəffaflığın Artırılması Koalisiyası (MSŞA) gizli səsvermə ilə koalisiyanın Çoxtərəfli Qrupuna  (ÇTQ) yeni üzvlər seçib. 

20 yanvarda baş tutan səsvermədə Qubad İbadoğlu, İlqar Hüseynli, Nəsimi Məmmədli, Oqtay Gülalıyev, Azər Rəsul, Fuad Rəsulov ÇTQ-yə seçilib. 

"İndi məsələ qaldı hökumət tərəfinin bu tərkiblə işləməyinə. Ümidvaram, hakimiyyət gerçəklikləri qəbul edib, Koalisiya üzvlərinin iradəsi əsasında seçilmiş Şura üzvlərinin gizli səsverməsi ilə seçilmiş bu tərkibin fəaliyyətinə əngəl törətməyəcək. Əks halda, martda gözlənilən EITI Beynəlxalq İdarə Heyətində bizi nə gözlədiyini anlamalıyıq”, - deyə Koalisiya Şurasının üzvü Akif Qurbanov "Facebook" səhifəsində bildirib.
 
Toplantıda həmçinin yaxın zamanlarda Azərbaycana səfəri gözlənilən EITI İdarə Heyətinin sədri Fredrik Reynfeldtə ünvanlanmış müraciət də qəbul edilib. 

İclasda Ramin Hacılı, Rövşən Quliyev, Sadiq Aliyev, Gəray Əliyev, Məhəmməd Əsədullazadə gizli səsvermə ilə Koalisiyaya üzv seçiliblər. 

Arqument.Az