Koçaryan Paşinyanı hədələyib

Koçaryan Paşinyanı hədələyib

30-07-2019 14:52 / Bu xəbər 970 dəfə oxundu

"Fikrimcə, hakimiyyətin məsələsi bütün hallarda küçələrdə, növbədənkənar seçkilərdə həll olunacaq”.

"Report” məlumat yayıb ki, bunu Ermənistanın hazırda həbsdə olan keçmiş prezidenti Robert Koçaryan bildirib.

Onun sözlərinə görə, bu keyfiyyətdə idarəetmə ilə hakimiyyət uzun müddət tab gətirməyəcək və yenidən seçilmək perspektivi də yoxdur: "Seçicilər populist çıxışlardan boğaza qədər doyacaq və seçkidə daha diqqətli olacaqlar. Adətən populistləri daha təcrübəlilər əvəz edir”.

2018-ci ilin may ayından Ermənistanı baş nazir Nikol Paşinyanın rəhbərlik etdiyi hökumət idarə edir. Sabiq prezident Robert Koçaryan isə 2008-ci il martın 1-də Yerevanda etiraz aksiyalarının güc tətbiqi ilə dağıdılmasına görə ittiham olunur.