Koçaryan və Sarkisyan diplomatik pasportdan məhrum edildi

Koçaryan və Sarkisyan diplomatik pasportdan məhrum edildi

27-09-2018 18:27 / Bu xəbər 2898 dəfə oxundu

Ermənistanın keçmiş prezidentləri Robert Koçaryan və Serj Sarksyan diplomatik pasportdan məhrum ediliblər. 

Belə ki, Ermənistanda diplomatik pasportdan məhrum edilən 254 vətəndaşın adı açıqlanıb.

Bu barədə "Sputnik-Armeniya”ya məlumat verib.
 
Xəbərdə deyilir ki, eks-prezident Robert Koçaryan, həyat yoldaşı Bella Koçaryan, oğlanları - Sedrak və Levon, ikincinin həyat yoldaşı müğənni Siruşo, qızı Qayane, nəvələri - Bella, Ani, Emma, David Mikael də diplomatik pasportsuz qalıblar. Həmçinin Koçaryanın ofisinin rəhbəri Viktor Soqomonyanın da bu üstünlükdən məhrum edildiyi də qeyd olunub.

Koçaryanla yanaşı, diplomatik pasportdan məhrum edilənlərin siyahısında Serj Sarkisyan, onun həyat yoldaşı Rita Sarkisyan, qızı, qardaşı Aleksandr Sarqsyan, keçmiş xarici işlər naziri Edvard Nalbandyan, "Taşir qrupu”nun sahibi Samvel Karapetyan, keçmiş müdafiə naziri Seyran Ohanyan, oliqarx Qaqik Tsarukyanın ailəsi də var.