Koçaryan yenidən həbs edilə bilər

Koçaryan yenidən həbs edilə bilər

16-11-2018 13:45 / Bu xəbər 1572 dəfə oxundu

Noyabrın 15-də axşam Ermənistanın Kassasiya Məhkəməsi sabiq prezident Robert Koçaryanı həbsdən azad edən Apelyasiya Məhkəməsinin qərarını ləğv edib və işi yenidən baxılması üçün həmin məhkəməyə göndərib.

Ermənistan KİV-lərinin məlumatına görə, Koçaryan məhkəmədə iştirak edib, amma hökm elan edilərkən zalı tərk edib. İclasda Ermənistan baş prokurorunun müavini iştirak edib, iclas özü isə qapalı olub.

Ermənistan prokurorluğu hesab edir ki, Koçaryan təkcə immuniteti olmadığına görə deyil, həm də həbsi üçün digər əsaslar olduğu üçün həbsdə olmalıdır.

1 mart 2008-ci il hadisələri haqqında iş üzrə konstitusiya quruluşunu devirməkdə ittiham olunan Ermənistanın keçmiş prezidenti Robert Koçaryan hələlik azadlıqdadır.

İyulun 27-də məhkəmə Koçaryanı iki ay müddətinə həbs edib. Amma avqustun 13-də Apellyasiya Məhkəməsi Konstitusiyanın verdiyi immunitet hüququnu əsas götürərək, bu qərarı ləğv edib.

Turan