Komitə sədri: “Bəziləri tərəfimizə keçdi, pul qazandı, deputat oldu…”

Komitə sədri: “Bəziləri tərəfimizə keçdi, pul qazandı, deputat oldu…”

08-09-2019 14:52 / Bu xəbər 429 dəfə oxundu

"Düşmən gəlib içəriyə daxil olacaq və bir gün yenə öz düşmənçiliyini göstərəcək. Çünki onlarda qərəz deyil, mərəzdir".

Bunu demokrat.az-a Yeni Azərbaycan Partiyasının (YAP) yaradıcılarından və məşhur "91-lər”dən olan deputat Eldar İbrahimov deyib. 

O, hakimiyyətə tərəf keçib vəzifə və mandat alan şəxsləri düşmən adlandırıb: ""Biz onları satın alsaq belə, Azərbaycandakı inkişafı, əmin-amanlığı gözü götürməyən xarici qüvvələr var. İstəsək də, lap çox pul versək də, onlar milli maraqlarımıza xidmət etməyəcəklər. Çünki xarici qüvvələrin əlində idilər. Onların məqsədi xarici qüvvələrdən çoxlu pul alaraq, hakimiyyəti ələ keçirtmək idi. Düzdür, bəziləri bizim tərəfimizə keçdi, pul qazandı, hətta, deputat da oldu. Amma bir şeyi deməliyəm ki, düşməndən sənə dost ola bilməz. "Düşmən” gəlib içəriyə daxil olacaq və bir gün yenə öz düşmənçiliyini göstərəcək. Çünki onlarda qərəz deyil, mərəzdir. Ona görə onların dostluğu bizə lazım deyil".

Deputat açıqlamasında müxalifəti də xarici qüvvələrə işləməkdə ittiham edib: "Dediyim kimi, xarici qüvvələr imkan verməyəcək ki, onlar Azərbaycana xidmət göstərsin. İndi hansı müxalifətçinin xarici ölkədə evi, imkanı yoxdur?! Bunu bütün Azərbaycan xalqı bilir…” - deyə E. İbrahimov bildirib.