Koronavirus: Britaniya həkimləri seçim qarşısında

Koronavirus: Britaniya həkimləri seçim qarşısında

03-04-2020 22:21 / Bu xəbər 1015 dəfə oxundu

Britaniya həkimləri həyati vacib müalicənin kimə göstəriləcəyini özləri qərar verəcəklər.

Arqument.az "Sky News" a istinadən xəbər verir ki, bu barədə Britaniya Tibb Assosiyasiyasının tövsiyəsində deyilir.

Sənəddə xəbərdarlıq olunur ki, getdickə daha çox koronavirusa yoluxan xəstələrə həyati vacib müalicənin təyin edilməsi zərurəti yaranacaq, lakin həkimlər süni havalandırıcı aparatlar kimi defisit olan cihazların kimə qoşulaşağına dair özləri qərar verilməli olacaqlar.

"Tibb işçiləri sağ qalma ehtimalı daha yüksək xəstələrin müalicəsini təmin etmək üçün bəzi xəstələrin müalicəsindən imtina etmək məcburiyyətində qala bilərlər", - sənəddə deyilir.

"Buraya vəziyyəti sabit və ya hətta yaxşılaşan, lakin eyni müalicəyə ehtiyacı olan başqa bir xəstədən daha pis diaqnozu olan insanların müalicəsindən imtina daxil ola bilər",  - deyə tövsiyələrdə qeyd edilir. 

Son gün ərzində Böyük Britaniyada koronavirusdan 684 ölüm faktı qeydə alınıb. 

Ölənlərin ümumi sayı isə 3605 nəfə çatıb.
 
Nizami