Koronavirusa necə öyrəşəcəyik?

Koronavirusa necə öyrəşəcəyik?

21-03-2020 23:13 / Bu xəbər 566 dəfə oxundu

Əvvəl insan ömrü daha uzun olub, hələ ötən əsrdə 120-130 il yaşayan az deyildi… 

Ümumiyyətlə, müxtəlif epidemiyaların sayəsində 300 il ərzində orta insan ömrü 30 faiz aşağı düşüb. Tibbin hər il daha çox inkişaf etməsinə baxmayaraq, uzunömürlülük məsələsində bəşəriyyət uduzmaqdadır.

İnsan ömrünü keçirilən xəstəliklər, daha çox da qrip qısa edib. İmmunitet zəifləyir, genetik modifikasiya olunan qrip isə dalğalar ilə insanları vurub sarsıdır. Koronavirusu qripə də, qızılcaya da bənzədənlər var. Bəzilərinə görə, bir dəfə tutan ikinci dəfə tutmayacaq. Və deyilənə görə, koronavirus özü özünü modifikasiya etmir, lakin 7 fərqli modifikasiya forması var..

Deməli, bioloji silah kimi istifadə olunur, hardasa inkişaf etdirilərək yayılır. Bəzilərinə görə isə yenə dalğa-dalğa gələcək. Spirtə güc verənlərin immuniteti sarsılacaq, asılı duruma gələcək… antibiotiklərin çox qəbulu isə ya aşırı piylənmə, ya sonsuzluq, ya da müxtəlif xəstəliklərə zəmin yaradacaq. Nəticədə orta insan ömrü 20-30 il ərzində 45-50 olacaq. Həmçinin nəsil artımı da azalacaq. Mən həkim deyiləm, amma mutaliəmdən belə qənaətə gəldim. Covid-19 hər nədirsə, sırf qlobal bioloji silah və qiyamətdən xəbər verən bəladır. Və bu bəla asanlıqla getməyəcək. Daim evimizin içində yaşayacaq. Çox yaxınları, dostları alacaq bizdən.

Bir il ərzində (əslində 5-6 ay içində) 276 min 500 rəsmi yoluxma halı qeydə alınıb. Yaxın onilliklərdə artım dayanacaq, dünya əhalisinin sayı 5 və 6 milyard arasında dəyişəcək. Hətta doğum sayı ölümdən az olsa, mənfi göstərici dərinləşəcək.

İnsanlarda ailə qurmağa, hətta real cinsi münasibətlərə belə maraq qalmayacaq, süni mayalanma halları, genetik seleksiya ilə dövlətlərin və şirkətlərin nəzarətində nəsil artımı layihələri (əsgər törəmə) gücləndiriləcək – eynilə SS-in məxfi layihələrindəki kimi, sağlam irq yaratmağa çalışacaqlar.. Bir tərəfdən ölüm cavanlaşacaq, digər tərəfdən nəsil artımı azalacaq.

Ekspertlər deyirlər ki, bu böhrandan ABŞ-da ən ziyansız seks-şoplar və seks oyuncaqları istehsal edən şirkətlər çıxacaq. Çünki sifarişlərin sayı hər gün daha çox artmaqdadır. İnsanlar artıq canlı ünsiyyətdən qorxmağa başlayıb və kütləvi "tənhalaşma” gedir… Bu da, fəlakətin başlanğıcından xəbər verir.

Zəiflər cəmiyyətdən çıxdaş olunacaq, içlərinə qapanıb, siqaret ve alkoqolla ölümlərini gözləyəcəklər… xüsusilə də bronxial xəstəliyi olan insanlar ailə qurmaq üçün uğursuz "variant” olacaqlar… Sağlam dişi sağlam erkəkdən uşaq doğmalıdır.

İstənilən halda, düşünürəm ki, izolyasiya heç bir kömək etməyəcək. Əksinə, belə getsə, dünya iqtisadiyyatı təmiz çökəcək… Və axırda (uzağı 3 aya) bütün dövlətlər virusu sərbəst buraxacaqlar… Kim ölər, kim qalar. Yayı bəhanə edirlər, sadəcə payıza tab gətirə bilmərik.

Bu cür virusu sərbəst buraxmaqla, az da olsa normal həyata qayıtmaq imkanı olacaq.

Hər il adi qripdən 1 milyon adam ölür, heç buna görə ajiotaj yaradan var? Koronaya da öyrəşə bilərik… "Əsgərlikdə korona tutdum, əsgərliyi əla "sancast"da yola verdim”, "Aftandil də öldü də koronadan, 45 yaşında… Allah rəhmət eləsin!”…

Rüfət Əhmədzadə (Pan Rufat)
 
Yazı müəllifin bloqundan götürülüb.