Koronavirusdan ölənlərin sayı 9 000-i ötdü

Koronavirusdan ölənlərin sayı 9 000-i ötdü

19-03-2020 15:26 / Bu xəbər 1188 dəfə oxundu

Dünyada koronavirus pandemiyasının qurbanlarının sayı 9 276-ə çatıb.

"Report” xəbər verir ki, dünyada ən çox ölüm hadisəsi Çin (3 245), İtaliya (2 978), İran (1 135), İspaniya (638) və Fransada (264) qeydə alınıb.

Qeyd edək ki, infeksiya indiyədək 176 ölkə və regionda qeydə alınıb.

Koronavirus ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb.

Dünyada koronavirus infeksiyasına indiyədək 223 104 insan yoluxub. Virusdan sağalanların sayı 85 791 nəfərdir.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.