Lənkəran bazarı yanır - VİDEO

Lənkəran bazarı yanır - VİDEO

04-08-2016 12:31 / Bu xəbər 2196 dəfə oxundu

Bu dəqiqələrdə Lənkərandakı böyük bazarda güclü yanğın başlayıb. 

"Qafqazinfo”ya hadisə şahidlərinin verdiyi məlumata görə, yanğına səbəb Böyük Bazarda avtobus danayacağının yanındakı kafedə qaz balonunun partlamasıdır. 

Hazırda yanğın ətrafdakı dükanları da əhatə edib.

Xəsarət alanların olduğu bildirilsə də, hələ ki, onların səhhəti ilə bağlı dəqiq məlumat verilməyib.

Arqument.Az