Lənkəranda döyülən jurnalistin telefonu və çantası qaytarılmır

Lənkəranda döyülən jurnalistin telefonu və çantası qaytarılmır

10-02-2020 17:34 / Bu xəbər 1860 dəfə oxundu

76 saylı Lənkəran seçki dairəsinin 11 saylı məntəqəsində fiziki təzyiqə məruz qalan jurnalist Elməddin Şamilzadənin telefonu və çantası müsadirə edilib. 

O, seçki məntəqəsindən canlı yayım verərkən təzyiqə məruz qalıb.

Təzyiqə məruz qalarkən məntəqə sədri Əli Əliyev, Səpnəkəran kənd icra nümayəndliyinin əməkdaşları da məntəqədə olublar.

Elməddin Şamilzadə hadisə ilə bağlı Daxili İşlər Nazirliyinin "102" xidmətinə və Lənkəran Polis İdarəsinə şikayət edib. Polis məsələni araşdıracağını desə və hadisədən bir gün keçsə də, jurnalistin telefonu və çantası hələ ki qaytarılmayıb.

Lənkəran Rayon İcra Hakimiyyəti də məsələni araşdıracağını deyib. 

Səpnəkəran kənd icra nümayəndəsi Hicran Mustafayev və 11 saylı məntəqə sədri Əli Əliyev hadisə ilə bağlı açıqlama vermək istəməyib.